Ukrayna Rusiya ilə daha bir memorandumu ləğv etdi

Ukrayna Rusiya ilə daha bir memorandumu ləğv etdi

Ukrayna Nazirlər Kabineti Rusiya Federasiyası ilə terrorizmlə mübarizə sahəsində hökumətlərarası memorandumu ləğv edib.

KONKRET.az xəbər verir ki, bu qərar 8 iyul çərşənbə günü Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Memorandum 12 iyul 2012-ci ildə Yaltada imzalanıb.

Daha əvvəl Ukrayna Xarici İşlər Nazirinin müavini Vasili Bodnar Rusiya Federasiyası ilə müqavilə bazasının minimum səviyyəyə endiriləcəyini deyib.

Onun sözlərinə görə, 2014-cü ilə qədər 453 ikitərəfli müqavilə imzalanıb. İndi təxminən 300 sənəd etibarlı sayılır, lakin gələcəkdə nədən imtina edilə biləcəyini yoxlayırlar.

Xatırladaq ki, 6 dekabr 2018-ci ildə Ali Rada prezident tərəfindən təqdim edilən Ukrayna və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq müqaviləsinin ləğvi haqqında qanun qəbul edib.

Dövlət başçısı qanunu dekabrın 10-da imzalayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az