Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

...Məlumata görə, razılaşma rətəflər arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır

Suriya və İran geniş hərbi əməkdaşlıqla bağlı yeni razılaşma imzalayıblar.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, tərəflərin yeni hərbi əməkdaşlıq razılaşması İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri və Suriyanın müdafiə naziri Əli Əyyub tərəfindən imzalanıb.

Məlumata görə, razılaşma rətəflər arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

İki ölkənin yüksək hərbi rəsmiləri razılaşmanın imzalanmasından sonra çıxış ediblər. Bildirilib ki, sözügedən anlaşma iki ölkənin hərb və təhlükəsizlik sahəsindəki əməkdaşlığını və koordinasiyasını artıracaq, ABŞ təcavüzləri və təzyiqlərinə qarşı tərəflərə dəstək vermiş olacaq.

Mənbə: www.interaztv.com