Kreml Safronovun işi ilə bağlı açıqlama verib

Kreml Safronovun işi ilə bağlı açıqlama verib

...Biz onun jurnalist istedadını yüksək qiymətləndiririk, amma siz və mən ona qarşı irəli sürülən ittihamların mahiyyətini bilmirik

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, dövlətə xəyanətdə şübhəli bilinən "Roskosmos" rəhbərinin müşaviri, "Kommersant" və "Vedomosti"nin keçmiş jurnalisti İvan Safronovun işi ilə bağlı vəziyyəti şərh edib.

"Yalnız məhkəmə bir insanın günahkar olduğuna qərar verə bilər. Məhkəmə prosesi başlamazdan əvvəl heç bir məlumata sahib olmadan müəyyən ittihamlardan yola çıxaraq rəy bildirmək peşəkarsızlıdır", Peskov deyib.

İnterAz xəbər verir ki, Peskov Safronovun istedadlı jurnalist olduğunu bildirib.

“Biz onun jurnalist istedadını yüksək qiymətləndiririk, amma siz və mən ona qarşı irəli sürülən ittihamların mahiyyətini bilmirik. Bu ittihamlara məhkəmə baxacaq", o qeyd edib.

Mənbə: www.interaztv.com