Hərbi Prokurorluğun İstintaq idarəsinə yeni rəis təyin edildi

Hərbi Prokurorluğun İstintaq idarəsinə yeni rəis təyin edildi

Azərbaycan Hərbi Prokurorluğunda kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Hərbi Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinə ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov təyin edilib.

Mənbə: azpolitika.info