Tailand donanması 6 ədəd zirehli nəqliyyat vasitəsi almaq niyyətindədir

Tailand donanması 6 ədəd zirehli nəqliyyat vasitəsi almaq niyyətindədir

Tayland Hərbi Dəniz Qüvvələri 6 ədəd 4x4 təkər formuluna malik çoxməqsədli zirehli nəqliyyat vasitəsi almaq niyyətindədir. Ordu.az “Defense Studies” nəşrinə istinadən xəbər verir ki, elan olunan tenderə artıq bir neçə şirkət müraciət edib.

Nəşr yazır ki, “Chaiseri” şirkəti müraciət edənlər arasında hələlik ən uyğunu hesab olunur. Şirkət “Win II” zirehli nəqliyyat vasitəsini Tailand donanmasına təklif edib.

Bundan başqa, digər uyğun namizədlərdən biri olan “Panus” şirkəti də AMV-420P “Mosquito” zirehli maşınını tenderə təklif edib.

 

Mənbə: ordu.az