"Ermənistan Helsinki Yekun Aktı prinsiplərinə əməl etmirsə, bu ölkəyə sanksiyalar tətbiq edilməlidir" - RƏY

"Ermənistan Helsinki Yekun Aktı prinsiplərinə əməl etmirsə, bu ölkəyə sanksiyalar tətbiq edilməlidir" - RƏY

8-10 iyul 1992-ci ildə Helsinkidə keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (o vaxt Müşavirə adlandırılırdı) zirvə toplantısında Azərbaycan Respublikasının bu qurumun sənədlərinə, o cümlədən 1975-ci il Helsinki Yekun Aktına qoşulması baş verdi. Bununla da ölkəmiz dünyada və Avropada dövlətlərarası münasibətlərin tənzimlənməsi, sülh və təhlükəsizliyin qorunması prinsiplərinə sədaqətini nümayiş etdirdi. Bu sənədlərin içində Helsinki Yekun Aktı xüsusi yer tutur.

Məhz Helsinki Yekun Aktı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərinin əsasını təşkil edir. Bu prinsiplər dövlətlərin ərazi bütövlüyünə riayət olunması, xalqların öz müqəddəratını təyin etməsi, münaqişələrin sülh yolu ilə həll edilməsindən ibarətdir. Münaqişəni Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək müuxtariyyət statusunun verilməsi əsasında həll olunmasına tərəfdar çıxan dövlətimiz Helsinki Yekun Aktı prinsiplərini müdafiə etməsini bir daha təsdiq edir.

Bununla bağlı Sonxeber.az-a danışan politoluq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan öz ərazi bütlövlüyü çərçivəsində BMT-yə qəbul edilib və Helsinki Yekun Aktına görə məhz münaqişələrin həlli əsasən bu prinsipə əsaslanmalıdır:

"Azərbaycan prezidenti İlham Əliyev daima Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini qeyd edir. Məhz bu beynəlxalq qanunlar çərçivəsində münaqişənin həlli önə çəkilir. Aparılan danışıqlarda ərazi bütövlüyü ön şərt kimi götürülür. Azərbaycan Qarabağa Muxtar Respublika statusu verməyə hazırdır. Amma ermənilər bununla da razılaşmırlar. Hesab edirəm ki, Azərbaycanın mövqeyini gücləndirən beynəlxalq qərar və sənədlər əsas verir ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin etsin. Bu gün aparılan danışıqlarda Ermənistan hər cəhdlə prosesi pozur. İndiki vəziyyət çox mürəkkəbdi və heç bir müsbət irəlləyiş yoxdur. Belə olan təqdirdə Azərbaycan gücə əl atmalı olacaq. Helsinki Yekun Aktı üzrə prinsiplərə Ermənistan da qoşulub. Azərbaycanda hər iki dövlətin imzası var. Ona görə də Ermənistan bu kimi qərarları tanımırsa , onda bu ölkəyə sanksiyalar tətbiq edilməlidir. Amma, reallıq elədir ki, ikili stndartalardan çıxış edilir və bu münaqişə bütövlükdə Avropanın təhülkəsizliyi üçündə bir problemdir".

Mənbə: sonxeber.az