Ukrayna Rusiya ilə Yalta sazişindən çıxdı

Ukrayna Rusiya ilə Yalta sazişindən çıxdı

Ukrayna Rusiya ilə terrorizmlə mübarizədə əməkdaşlığa dair memorandumun fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə qərar Ukrayna hökumətinin iclasında qəbul edilib.

Memorandumdan imtinanın Ukraynaya milli maraqlarının müdafiəsi üçün əlavə hüquqi və siyasi baza yaradacağı vurğulanıb.

Qeyd edək ki, tərəflər arasında bu memorandum 2012-ci ildə Yaltada imzalanmışdı.

Mənbə: axar.az