ABŞ-ın ÜST-dən çıxması nəyi dəyişəcək? - Politoloqun şərhi

ABŞ-ın ÜST-dən çıxması nəyi dəyişəcək? - Politoloqun şərhi

 

"Daha bir neçə ölkənin ÜST-ü tərk edə biləcəyini düşünürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu pandemiyanın davam etdiyi bir vaxtda ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Cində virus yayılan ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı sulların sayı artmaqdadır:

"Birincisi, ÜST virusun təhlükəliyini ilk gündən müəyyənləşdirə bilmədi. Əksinə, Cinlə əlbir olaraq açıqlamalar verilirdi ki, guya bu virus qorxulu deyil, insandan-insanaya yayılmır. Cinlə həm də o məsələdə əlbir oldular ki, proses gecikdirildi, vaxtında üstünə düşülmədi. Beləliklə də virus bütün dünyaya yayıldı. Amerika prezidenti ilə yanaşı, digər ölkələrin prezidentləri zaman-zaman ÜST-ü tənqid etməyə başladılar".

Exan Şahinoğlu Amerika prezidenti Trampın daha qətiyyətli addımlar atdığını düşünür:

"Amerka bu təşkilatı tərk edəcəyini açıqladı. Bu qərar ÜST üçün böyük zərbədir. Çünki əsas sponsorlarlardan biri Amerika Birləşmiş Statıdır, 10 milyonlarla dollar ayırırdı. ÜST bu maliyyə hesabına həm işçilərini saxlayır, həm də müəyyən çalışmalar həyata keçirirdi. İndi bundan məhrum oldu".

Politoloq hesab edir ki, daha bir neçə ölkə də ÜST-ü tərk edə bilər:

"Ondan sonra təşkilatın vəziyyəti daha da ağırlaşacaq. Əgər təşkilat yenidən qurulsa, rəhbərlik dəyişsə, ona inam yenidən bərpa oluna bilər. Amma hazırda bu təşkilata inam qalmayıb. Bu buraxılmış səhvlər dünya ölkələrinə baha başa gəldi. Ölənlərin sayı 500 mini ötdü. Dünya iqtisadiyyatı bərbad hala düşdü. Buna görə ÜST məsuliyyət daşıyır".

Bahar Rüstəmli

 

Mənbə: qaynarinfo.az