Ermənistanın ayıbı

Ermənistanın ayıbı

 

Nüfuzlu beynəlxalq strukturlarda Ermənistanla bağlı indi baş verənlər sadəcə Ermənistanın ayıbıdır. “Politik.am” nəşri yazır ki, heç bir irqçilik olmadan, hətta üçüncü Afrika dünyası ölkələrində belə utancverici savadsız şeylər baş vermir.

““Məxməri” hökumətin aldığı son “sillə” AİHM-dən idi. Həmin hadisə Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və hakimlər Hrant Nazaryan, Alvina Gülümyan və Feliks Toxyanın şikayətinin qəbul edilməsi, tez bir zamanda Ermənistan hakimiyyət orqanlarına sorğu göndərilməsi ilə nəticələnmişdi.

Əlbəttə aydındır ki, Paşinyan, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qarşı öz feyk ordusunu hücuma keçməyə göstəriş verə bilməyəcək, çünki hətta Avropa strukturlarının da buna qarşı əks təsir göstərmək üçün vasitələri var. Növbəti dəfə körtəbii pis vəziyyətdə qalmaq nəsib olur. Üstəlik, xüsusilə dözülməz olan, təkcə hökumətin deyil, ölkənin nüfuzu və reytinqinin də pis vəziyyətdə qalmasıdır. İndi isə bunun niyə belə olduğunu başa düşməyə çalışaq. Səbəbi günəş işığı kimi sadə və aydındır. Hələ İosif Stalin, kadrların hər şeyə qərar verdiyini söyləmişdi. Bax indi budur, savadlı bir heyəti olan əvvəlki üç prezidentdən fərqli olaraq, Paşinyan ciddi kadr bazasına və ciddi bir heyət toplamağa nail ola bilmədi.

Məsələn, Serj Sarkisyanın komanda yoldaşı Samvel Farmanyan “ArmNews” ofisinə polis müdaxiləsi ilə bağlı dünyaca məşhur “New York Times”, ABC, “Washington Post” qəzetlərində bir neçə saat ərzində həyəcan təbili çalmağı bacarırsa, Paşinyan komandası yalnız o dövri məşhur nəşrlərdə bir məsələ qaldırmağı xəyal edə bilər, eyni zamanda üç keçmiş prezidentin komandalarının yetərli savadlılığı ilə işləməyi də xəyal edə bilərlər”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Müəllif yazır ki, əslində problem məhz Paşinyanın özündədir.

“Dəfələrlə yazmışıq ki, Paşinyan sonda öz şüarlarının, öz demaqoqiyasının və populizminin əsirinə çevriləcək və klassikin qeyd etdiyi kimi, öz mühitinin qurbanı olacaq. Əslində, indi şahidi olduğumuz budur. Heç bir ciddi mütəxəssis bu şəkildə özünü ləkələyəcəyini nəzərə alaraq bu hökumətlə əlaqə qurmaq istəmir.

Nəticədə, əsasən etibarsız demaqoq-populistin rəhbərliyi ilə Paşinyan komandasının şəxsində vasitəçilik toplusu var və bu reallıqda yenə də çox sayda “sillə” alacaqlar, çünki əgər birdən AİHM qərarları yerinə yetirilməzsə, Avropa qurumlarının sanksiyalarına məruz qalacaqlar.

Yeri gəlmişkən, çoxdan demişdik ki, Venesiya Komissiyasının sözü, məsləhətçi əhəmiyyətə malik olsa da, bütün Avropa tərəfindən icra olunur və bu məsləhət rəyləri könüllü-məcburi əsaslarla fəaliyyət göstərir.

Avropa İnsan Haqları Məhkəməsi sözlərimizin həqiqiliyini sübut etdi, qalanları isə yəqin ki, hüquq mütəxəssisi Vahaqn Hovakimyan tərəfindən tənzimlənilməyə cəhd ediləcək”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az