MSK “Parlaq Ermənistan”a yeni mandat vermədi

MSK “Parlaq Ermənistan”a yeni mandat vermədi

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) özünü müstəqil deputat elan edən Arman Babajanyanın “Parlaq Ermənistan” fraksiyasından ayrılmasından sonra onlara əlavə mandat verməyib. Azvision.az -ın məlumatın görə, MSK-nın qərarı barədə qurumun sədri Tiqran Mukuçyan məlumat verib.

Bundan əvvəl fraksiyanın rəhbəri Edmon Marukyan MSK-ya onlara əlavə mandat ayrılması üçün müraciət edb.

Mukuçyan qərarı MSK tərəfindən fraksiyalara yalnız boş yer olduqda yeni deputat mandatları verməsi ilə izah edib. Lakin Babajanyan vəzifələrini icra etməyə davam edir və mandatdan imtina etməyi düşünmür.

Mənbə: azvision.az