Abbas Lisani üçün imza kampaniyası başladıldı

Abbas Lisani üçün imza kampaniyası başladıldı

Azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması tələbilə imzatoplama kampaniyası başladılıb.

Axar.az xəbər verir ki, kampaniyaya “United for İran” insan hüquqları təşkilatının təşəbbüsü ilə start verilib.

“Bu məktubu imzalayanlar Abbas Lisani və öz milli hüquqları uğrunda siyasi və mədəni mübarizə aparan digər fəalların azadlığa çıxmasını tələb edir. Çox sayda belə fəal sivil şəkildə bərabərsizliyə və zülmə etiraz etdikləri üçün yaxalanaraq həbsə və sürgünə məruz qalıblar. Abbas Lisani uzun illərdir ki, bu cəmiyyətin hüquqları uğrunda mübarizənin öncüllərindəndir və bir ildən artıq müddətdir ki, Ərdəbil həbsxanasında saxlanılır”, - məktubda bildirilib.

İmza kampaniyasını təşkil edənlər hər kəsi imzatoplama kampaniyasında iştirak edərək, Abbas Lisani və digər siyasi məhbusların səsi olmağa çağırıb.

Mənbə: axar.az