"İndiki şəraitdə bu münasibətlərin yeni çağırışlara uyğunlaşdırılması aktuallaşır"- Deputat

"İndiki şəraitdə bu münasibətlərin yeni çağırışlara uyğunlaşdırılması aktuallaşır"- Deputat

Bir sıra beynəlxalq ekspertlər COVID-19 pandemiyasının müddətinin uzanmasını nəzərə alaraq sənaye, ticarət və digər biznes sahələrinin fəaliyyəti üçün daha effektiv mexanizmlərin işlənib hazırlanması və tətbiq olunması zəruriliyi barədə fikirlərini bildiriblər. Bu ehtiyac, bir gün əvvəl ÜST-ün baş direktoru Tedros Adan Gebreyesus tərəfindən koronavirusun yayılma sürətinin artmaqda davam etdiyi və pandemiyanın hələ pik həddə çatmadığı barədə verdiyi açıqlamalarla izah olunur.
Karantinin uzanması şəraitində Azərbaycanda biznes fəaliyyətinin təşkili necə aparılmalıdır?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, COVID-19 yeni növ koronavirus infeksiyası pandemiyası bəşər tarixində ölkələrin iqtisadiyyatlarına ən çox mənfi təsir göstərən pandemiyadır: "Bu pandemiya ölkələr arası əlaqələri dayandırıb, istehsal sahələrinə məhdudiyyətlər tətbiq olunub, kütləvi işsizlik məsləsini gündəmə gətirib. Dünya ölkələri öz iqtisadiyyatlarını yeni şəraitə uyğunlaşdırmaq istiqamətində düşünür, iqtisadiyyatın bərpasının yeni yolları axtarılır. Dünya iqtisadiyyatında baş verən proseslərdən ölkəmiz kənarda qalmayıb. Ölkədə tətbiq olunmuş karantin tədbirləri turizm sektorunub iqtisadi fəallığı sıfıra endirib, istehsal və satış sahələrin iş ahəngi pozulub. Ölkə həyatı üçün belə xüsusi şəraitdə iqtisadiyyatın yenidən dirçəldilməsi məsələsi gündəmə gəlib. İndiki şəraitdə bu münasibətlərin yeni çağırışlara uyğunlaşdırılması aktuallaşır. Bu gün internetin imkanları iqtisadiyyatın yeni çağırışlara uyğundurulmasına geniş imkanlar yaradır. Bu , iqtisadiyyatın daha da elektronlaşdırılması, məsafədən idarə edilməsi və rəqəmsal ticarətin inkişaf etdirilməsindən ibarətdir. Pandemiyanın nə vaxt bitəcəyi və koronavirusa qarşı peyvəndin nə vaxt tətbiq olunacağı heç kimə məlum deyil. Ona görə də ölkələr, o cümlədən ölkəmiz iqtisadi fəallığın bərpasında qeyd etdiyim istiqamətlər əsas tutulmalıdır. Düşünürəm ki, həm pandemiya, həm də postpandemiya dövründə iqtisadiyyatın idarə edilməsində yeni baxışların ortaya qoyulması böyük itkilərin qarşısı alınmasına imkan verəcəkdir".

Mənbə: sonxeber.az