"Bu xəstəliyə təkcə orqanizmi zəif insanları deyil, hər kəs yoluxa bilər"-Həkim RƏYİ

"Bu xəstəliyə təkcə orqanizmi zəif insanları deyil, hər kəs yoluxa bilər"-Həkim RƏYİ

Bütün dünyada sürətlə yayılan koronavirus xəstəliyi əksər insanlarda yüngül formada keçsə də, orqanizmi zəif və xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur. Hazırda ölkəmizdə sərt karantin rejimi tətbiq olunsa da, virusa yoluxma riski hələ də yüksəkdir. İctimai nəlqiyyat, dükanlar, əsasən qapalı məkanlar virusa yoluxma riskinin yüksək olduğu yerlərdir. Lakin eyni zamanda mütəxəssislər müvafiq qorunma tədbiri olmadğı halda açıq havada da yoluxma riskinin yüksək olduğunu bildirir.
Bəs yoluxma riskini azaltmaq üçün daha hansı addımlar atıla bilər? Koronavirus xəstələrini kənardan müşahidə ilə müəyyən etmək mümkündürmü? İnsanlar bu xəstəliyə yoluxmuş şəxsi kənardan necə müəyyən edə bilər?

Bu barədə tanınmış həkim Vasif İsmayıl Sonxeber.az-a açıqlama verib

Həkim bildirib ki, pandemiya dövrü sübut etdi ki, bu xəstəlik təkcə orqanizmi zəif insanları deyil, ümumən hər kəsi yaxalaya bilər. Yəni orqanizmi zəif və xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur iddiaları doğru deyil:

"Bir sözlə pandemiya dövrü sübut etdi ki, bu belə deyil. Xəstəliyin ağırlığı insana keçən virusun miqdarı ilə əlaqədardır. Ona görə də insan bədəninə keçəcək virus miqdarını azaldan tədbirlər görmək və immuniteti gücləndirmək lazımdır.

Yoluxma sayını azaltmaq və görülən tədbirlərin effektivliyini artırmaq üçün daha başqa heç nəyə ehtiyac yoxdur. Yəni, bu gün bütün dünya bu məsələdə nələrin lazım olduğunu dəfələrlə yoxlayıb və başa düşblər ki, sosial məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına əməl etmək bu virusdan qorunmaq üçün ən yaxşı yoldur. Xüsusilə başqa bir yol axtarmaq, sehirli bir çubuğa güvənmək və sairə belə şeylər lazım deyil. Bir daha vurğulayıram ki, sosial məsafə, gigiyena qaydalarına əməl etmək kifayətdir. Yəni bu qədər asan".

Həkim bildirib ki, kənardan koronaviruslu xəstələri müəyyən etmək mümkün deyil:

"Düzdür, xəstənin davamlı şəkildə öskürməsi, qızdırmanın 37 dərəcədən yuxarı çıxması insanları şübhələndirə bilər. Amma bunlar çox spesifik olmayan, yəni təkcə bu xəstəliyə xas olan məsələlər deyil. Bu bir çox vəziyyətdə, hətta adi günəşin altında çox qalmaqdan belə ortaya çıxa biləcək bir məsələlərdir. Ona görə də elə şeylərə etibar etməsinlər. Hər kəsi potensial yoluxmuş kimi qəbul etsinlər və ona görə davransınılar".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az