KİV: Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb

KİV: Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb

...Bildirilib ki, sabiq prezident Yəmənlə bağlı Səudiyyə Ərəbistanın birinci vəliəhdinə məktub ünavnlayıb və atəşkəslə bağlı təşəbbüslər irəli sürüb

İranın sabiq prezidenti Mahmud Əhmədi-Nejad Səudiyyə Ərəbistanın birinci vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Mahmud Əhmədi-Nejada yaxın mənbələr məlumat veriblər.

 

Bildirilib ki, sabiq prezident Yəmənlə bağlı Səudiyyə Ərəbistanın birinci vəliəhdinə məktub ünavnlayıb və atəşkəslə bağlı təşəbbüslər irəli sürüb.

 

Məlumata görə İranın sabiq prezidenti bu məktubda Yəməndə sülh planı ilə bağlı danışıqların start verilməsini istəyib.

 

Mənbə əlavə edib ki, Mahmud Əhmədi-Nejad eyni zamanda Yəmən tərəfilə də əlaqələr saxlayıb və onun bu təşəbbüsü Yəmən müharibəsi məsələsində yeni müzakirə yoluna gətirib çıxara bilər.

Mənbə: www.interaztv.com