Xəbərlərə qarşı təbliğat: Qərb mediası niyə öz mövqeyini itirir

Xəbərlərə qarşı təbliğat: Qərb mediası niyə öz mövqeyini itirir

Qərb mediası əsas funksiyasını – xəbər informasiyasının geniş və rəngarəng şəkildə toplanılması və auditoriyaya çatdırılması vəzifəsini getdikcə daha pis yerinə yetirir.

BAKI, 8 iyul — Sputnik, İrina Alksnis. "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyi Rusiyanın Qərb və digər ölkələrin mediasında həsr olunmuş "Osminoq 2.0. Rusiyada Koronavirus" adlı araşdırmasını təqdim edib. Bu dəfə tədqiqatçıların diqqət mərkəzində pandemiya olub və tədqiqat yalnız "Böyük Yeddilər" ölkələrinin əsas mediasını deyil, həm də xəstəliyin ilk baş verdiyi Çini əhatə edib.

Ümumilikdə, "Osminoq 2.0" heç bir sürprizlər təqdim etməyib: COVID-19 Qərb mediası tərəfindən anti-Rusiya təbliğatının davam etdirilməsi üçün daha bir informasiya vasitəsi kimi istifadə edilib.

Burada amerikalılar danılmaz lider olub – bu mövzu ilə bağlı Amerika mediasının beş ən əhəmiyyətli (auditoriyasına görə) nəşrində dərc olunan məlumatların 58 faizi mənfi tonallığa malik olub. Ardınca gələn alman mediasında bu göstərici 44 faiz, kanadalılarda 41 faiz, britaniyalılarda isə 38 faiz təşkil edib.

Eyni zamanda, qalan üç "yeddilik" dövlətinin mediasında Rusiyaya qarşı mənfi rəyin payı nəzərəçarpacaq dərəcədə aşağı olub: Yaponiyada 33 faiz, İtaliyada 28 faiz, Fransada isə hətta 21 faiz.

Doğrudur, onlarda müsbət tonallıqda da məlumat elə də çox olmayıb – bir faizdən beş faizə qədər. İstisna yəqin ki, İtaliya olub – Rusiya və koronavirusun adları məlumatların 9 faizində müsbət kontekstdə çəkilib. Güman etmək olar ki, Rusiyanın məhz epidemiya ilə mübarizədə italyanlara göstərdiyi yardım (tibbi resursların və həkimlərin göndərilməsi) İtaliya mediasında Rusiya ilə bağlı müsbət nəşrlərin payının daha yüksək olmasını təmin edib.

Lakin bu rəqəmlərdə başqa bir aspekt daha maraqlıdır: onlar hazırkı məqamda ən aktual geosiyasi trendləri açıq-aydın göstərir. Bir tərəfdən, anqlo-saksonlar (həm Köhnə Dünyadakılar, həm də okeanın o tayındakılar) anti-Rusiya hərəkatının önündə gedirlər və onun hərəkətverici qüvvəsi olaraq qalırlar. Amma digər yandan, onlar daha neytral yanaşma göstərən, rusofobiyaya canfəşanlıq göstərməyən ən yaxın müttəfiqlərinin dəstəyini açıq şəkildə itirirlər ki, bu da tamamilə məntiqlidir: zəmanə dəyişib.

Eyni zamanda, rəqəmlər Almaniyanın nə qədər mürəkkəb vəziyyətdə olduğunu göstərir. Almaniyanın aparıcı media qurumlarının fəal anti-Rusiya mövqeyi açıq-aydın dövlətin siyasi xəttinə ziddir. Berlin nəinki Moskva ilə birgə layihələri təbliğ və müdafiə edir, həm də ABŞ-dan asılılıqdan xilas olur. Amma görünür ki, əsas media qurumları milli maraqlara deyil, Vaşinqtonun maraqlarına uyğun hərəkət edirlər.

Anti-Rusiya COVID təbliğatında istifadə olunan konkret mövzulara gəlincə, onlar orijinallığı ilə seçilmir. İstənilən halda iki çoxdan və yaxşı tanış olan leytmotivdən istifadə olunur: Rusiya həmişəki kimi həlak olur, lakin, həm də bütün dünya üçün böyük təhlükə yaradır. Məsələn, bu, özünü ölkədə ümumi vəziyyətin, yerli səhiyyə sisteminin, Rusiya hakimiyyətinin COVID-19-a qarşı mübarizədə fəaliyyətinin tənqidində göstərib. Planetə təhlükə məsələsinə gəldikdə isə burada da yeni heç nə düşünülməyib: Moskva pandemiya haqqında dezinformasiya kampaniyalarının keçirilməsində, hətta məkrli şəkildə əlləri yumağın faydasızlığı haqqında təsəvvürlər yaratmaqda günahlandırılıb.

Təbii ki, Çin mediasında mənzərə fərqlidir və məsələ hətta koronavirusa qarşı mübarizə kontekstində Rusiya haqqında dərc edilən yazıların 20 faizinin müsbət olmasında və mənfi yazıların olmamasında deyil. Əsas xüsusiyyət bu mövzuda məqalələrin sayıdır. Nəzərdən keçirilmiş dövr ərzində – martdan iyuna qədər – Çinin ilk beş mediaresursunda Rusiyadakı epidemiya ilə bağlı 1200-dən çox məqalə dərc edilib. Müqayisə üçün qeyd edək ki, həmin vaxt ərzində belə mətnlərin minimal sayı Kanadada (238 ədəd) olub, qalan altı ölkənin göstəriciləri isə 371 (İtaliya) və 470 (Yaponiya) arasında dəyişir. Yeri gəlmişkən, amerikalılar 428 məqalə ilə ümumi siyahıda beşinci yerdədirlər.

Belə çıxır ki, üç ay ərzində Çin mediası "Rusiyada koronavirus" mövzusunda planetin ən güclü Amerika mediasından demək olar ki, üç dəfə çox material dərc edib. Üstəlik, xatırlatmaq lazımdır ki, çinlilərdə məqalələrin 80 faizi neytral informasiya xarakteri daşıyıb.

Belə görünür ki, hər şey sadə və bayağıdır: məsələ aparıcı Çin media qurumlarının işinin daha gərgin və effektivliyinin daha yüksək olması ilə bağlıdır. Faktiki olaraq, bu, Qərbin informasiya liderliyini itirmə qorxusunu təsdiqləyir.

Qərb özünün kütləvi informasiya vasitələrini bildiyimiz müasir formasında yaradaraq, digərləri üçün qeyd-şərtsiz lider və təqlid nümunəsi olub. Söz və informasiya azadlığı ideoloji və geosiyasi rəqiblərə qarşı mübarizədə onun əsas kartlarından birinə çevrilib və bunlardan uğurla istifadə edilib.

Amma indi biz çoxdandır sarsılmaz görünən bu sistemin artan böhranını müşahidə edirik.

Getdikcə Qərb mediasının, istər Çin, istərsə də Rusiya olsun, "qeyri-azad dünya" mediası ilə rəqabəti bir o qədər çətinləşir. Qərb mediası əsas funksiyasını – xəbər informasiyasının geniş və rəngarəng şəkildə toplanılması və auditoriyaya çatdırılması vəzifəsini getdikcə daha pis yerinə yetirir (böyüyən rəqiblərinə müqayisədə). Bu həm materialın məzmununa, həm də təqdimatına aiddir.

Bəli, Qərb mediası hələ də "ən azad, ən dürüst və ən peşəkar mətbuat" markasını saxlamaqda davam edir. Amma burada vəziyyət bir nağıldakı kralın paltarı söhbətini xatırladır – bir gün o da işə yaramayacaq.

Mənbə: sputnik.az