Zaxarova harda istirahət etməyi sevdyini açıqladı

Zaxarova harda istirahət etməyi sevdyini açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova istirahətini harada və necə keçirdiyi barədə açıqlama verib.

“RİA Novosti” agentliyinə müsahibəsində M.Zaxarova boş vaxt tapan kimi təbiətə üz tutduğunu söyləyib:

“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam. Təbiəti çox sevirəm. Çox sayda ağaclar, çiçəklər əkmişəm. Bu, mənim sevimli məşğuliyyətlərimdən biridir”.

M.Zaxarovanın sözlərinə görə, Xarici İşlər Nazirliyində çalışan bir çox həmkarı onun təbiətdə vaxt keçirmək və əkinçiliklə məşğul olmaq marağını bölüşür:

“Yeri gəlmişkən, həmkarlarımla bir-birimizə müxtəlif tərəvəz və gül toxumları veririk”.

Mənbə: seherxeber.org