Litva koronavirusla mübarizədə dəstək məqsədilə Belarusa yardım edib

Litva koronavirusla mübarizədə dəstək məqsədilə Belarusa yardım edib

Litva koronavirusla mübarizədə dəstək məqsədilə Belarusa humanitar yardım göndərib.

AZƏRTAC Litvanın Xarici İşlər nazirliyinin məlumatına istinadla xəbər verir ki, iyunun əvvəlində Litva hökuməti Minskin COVID-19-la mübarizə məqsədilə humanitar yardım xahişinə cavab olaraq, qonşu ölkəyə 50 min avro məbləğində yardım ayırıb.

Belarusa 16800 litr dezinfeksiyaedici maye və 8400 ədəd Litva istehsalı olan birdəfəlik istifadə edilə bilən izolyasiya xalatları göndərilib.

Qeyd edək ki, Belarusda bu günə kimi 3 mindən çox koronavirusa yoluxma və 429 ölüm halı qeydə alınıb

Mənbə: azertag.az