ABŞ Pekinə qarşı sərt addımlara hazırlaşır: "Çin azad xalqın demokratik istəklərini boğur"

ABŞ Pekinə qarşı sərt addımlara hazırlaşır:  "Çin azad xalqın demokratik istəklərini boğur"

Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasının Honkonqu işğal - anneksiya etməsi barədə sənədləri nəzərdən keçirir.

Moderator.az-ın məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Robert O’Brayen bununla bağlı deyib:

"Honkonq de-fakto Çin Kommunist Partiyasının, Çin dövlətinin işğalı altındadır. Çinin bu ərazidəki fəaliyyəti anneksiya faktorunu təsdiq edir. Çin Honkonqda asılı olmaq istəməyən azad bir xalqın demokratik istəklərini boğur".

Robert O’Brayen yaxın günlərdə Çinə qarşı yeni sərt addımlar atılacağını da bildirib. O, Çin hökumətinin Honkoqda ABŞ dollarının alışını yasaq etməsini və Honkonqun Beynəlxalq Bank Ödəmələri - SWIFT sistemindən qanunsuz təcrid olunmasını xatırladıb və ABŞ-ın buna sərt addımlarla cavab vermək məcburiyyətində qaldığını söyləyib.

Mənbə: moderator.az