İsrailin Müdafiə naziri koronavirus şübhəsilə özünü təcrid etmək qərarına gəlib

İsrailin Müdafiə naziri koronavirus şübhəsilə özünü təcrid etmək qərarına gəlib

İsrailin Müdafiə naziri Benni Qantz çərşənbə günü, COVID-19 testi müsbət çıxmış bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək qərarına gəlib.

APA-a “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

O bildirib ki, koronavirusa yoluxmuş xəstə ilə təmasda olduğuma şübhə var: “Tibb mütəxəssisləri ilə məsləhətləşdikdən sonra təcrid olunmağa qərar verdim”.

Qantz müayinəsi başa çatanadək karantində olacağını qeyd edib: “Əla vəziyyətdəyəm və həmişə olduğu kimi, çalışmağa davam edəcəyəm, lakin məsafədən”.

Məlumat üçün bildirək ki, İsraildə bir sıra sahələrdə obyektlərin fəaliyyəti bərpa edildikdən sonra gündəlik orta hesabla 1000-dən çox virusa yoluxma qeydə alınır.

Bu səbəbdən hökuməti ictimai tədbir yerlərini, klubları, barları və idman salonlarını yenidən bağlamaq qərarına gəlib.

Mənbə: apa.az