Venesuela ordusu ABŞ təyyarəsini vurdu

Venesuela ordusu ABŞ təyyarəsini vurdu

Venesuela Silahlı Qüvvələri ölkə sərhədini pozduğu üçün ABŞ-ə a məxsus təyyarəni vurub.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələrinin Strateji Komandanlığı Tvitter səhifəsində paylaşım edib.

Məlumata görə, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus "Havker-800" model təyyarə Venesuelanın hava məkanına daxil olub.

Bundan sonra təyyarə raket zərbəsi nəticəsəində yerə salınıb.

Mənbə: baku.ws