Karantin rejiminə görə qəzəblənən serblər sakitləşmir - VİDEO

Karantin rejiminin uzadılması serbləri özündən çıxarıb. İki gündür Serbiyanın paytaxtı Belqradda sakit həyat pozulub.

Bizimyol.info xəbər verir ki, etirazçılar sakitləşmək bilmir. Polislə qarşıdurmalar qanlı keçməyə başlayıb. Azı 10 asayiş keşikçisi yaralanıb.

Serbiyada ilk dəfə karantin rejimi martda tətbiq olunmuşdu. İyunda qadağalar aradan qaldırılmışdı. Hökumət yenidən karantin rejimi tətbiq etmək istəyincə minlərlə insan küçələrə axışıb. Etirazçılar parlament binasını ələ keçirməyə çalışıb.

Müxalifətin fikrincə, Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə avtoritar rejim formalaşdırmaq istəyir. Hakimiyyətin əleyhdarları Vuçiç hökumətinin pandemiyanı fürsət kimi qiymətləndirdiyini düşünür. İyunda qadağaların aradan qaldırılması parlament seçkilərini keçirmək imkanı kimi dəyərləndirilir. Seçkilərdə Vuçiçin başçılıq etdiyi Serbiya İnkişaf Partiyası qalib gəlmişdi.

Manifestçilər gün ərzində yenə etiraz səsini ucaldıb. Hava qaralandan sonra daha sərt tədbirlərin görüləcəyi ehtimal olunur.

Serbiyada indiyə qədər 17 min 342 nəfərdə virus aşkarlanıb. Pasiyentlərin 352-si həyatını itirib.

 

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

"Neftçi"də yeni məşqçi

SONRAKI XƏBƏR

Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək