“Nəticələri çox ciddi olacaq” – Rusiya o ölkəni hədələdi

“Moskva “Maqnitski işi” ilə əlaqədar sanksiyalara dair London qərarından sonra adekvat cavab vermək hüququnu özündə saxlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Bundan əvvəl İngiltərə hökuməti Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının nümayəndələrinin də daxil olduğu “Maqnitski siyahısı”nı yayımlayıb.

“Əlbəttə ki, bu qərəzli bir qərardır. Bu, ölkələrimizin ikitərəfli münasibətlərinə mənfi təsirləri çox ciddi olacaq”, - Zaxarova brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, qarşılıqlı hörmət prinsipi dövlətlərarası münasibətlərdə təməllərdən biridir: “Buna görə də adekvat cavab vermək hüququmuzu saxlayırıq, mövcud problemlər və narahatlıqlar barədə sivil dialoq yolunu seçərək, Londonu əsassız ittihamlar dilindən imtina etməyə çağırırıq”.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda və digər ölkələrdə olmuş şəxslərin İtaliyaya girişinə qadağa qoyuldu

SONRAKI XƏBƏR

Ağsuda baş verən yanğının yayılmasının qarşısı alınıb