Rusiya pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır

Bakı. Trend:

Rusiya Səhiyyə naziri Mixail Muraşko yeni bir koronavirus infeksiyası ilə mübarizədə, eləcə də koronavirus xəstələrinə kömək etməkdə rusiyalı mütəxəssislərinin təcrübəsinin xaricdə tələbatı çox olduğunu söylədi. Xüsusilə, rusiyalı həkimlər artıq İtalyada, Qırğızıstanla virusla mübarizə aparmağa kömək göstəriblər və yaxın gələcəkdə Azərbaycana səfər planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Nazir "Rossiya-24" telekanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün mütəxəssislər artıq İtaliyada çalışıb, Qırğızıstandan qayıdıblar, indi isə Qazaxıstanda işləyirlər.

"Azərbaycana getməsi planlaşdırılır. Buna görə əlbətdə, xüsusən yaxınlarımıza, əlbəttə ki, əlbətdə hərtərəfli kömək edirik".

Muraşko qeyd edib ki, hazırda Rusiyanın tibbi turizm üçün cəlbedici olmadığını söyləmək olmaz. Ölkədə beynəlxalq lider olan tibb müəssisələri var.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən zəngin insanı hər gün bir az da varlanır

SONRAKI XƏBƏR

Audi S3 modelləri yaxın həftələrdə debüt edəcəklər - FOTO