Yəmənli rəsmi ölkədəki "əl-Qaidə" terrorçularından danışdı

Yəmənli rəsmi ölkədəki "əl-Qaidə" terrorçularından danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buxti ABŞ-ın terrorçulara verdiyi dəstəkdən danışıb.

O, açıqlamasında bildirib ki, ABŞ Yəməndə müqavimət cəbhəsinə zərbə vurmaq üçün terrorçuları dəstəkləyir.

"Onlar əsasən "əl-Qaidə" terrorçu qruplaşmasına dəstək verirlər. Bölgəyə əlavə olaraq terrorçuları da gətirirlər", - deyə Məhəmməd əl-Buxti diqqətə çatdırıb.

"Ənsarullah" rəsmisi açıqlamasında qeyd edib ki, Yəmənin müqavimət cəbhəsi hər bir halda terrorçuların da qarşısını alacaq.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org