Sinqapurda ümumi parlament seçkiləri başlayıb

Sinqapurda ümumi parlament seçkiləri başlayıb

Bakı. Trend:

Sinqapurda bu gün parlament seçkiləri keçirilir. 1965-ci ildən bəri hakimiyyətdə olan partiyadan əlavə, seçkilərdə rekord sayda müxalifət partiyası iştirak edir - 12.

Trend-in məlumatına görə, bu dəfə respublikanın 21 yaşına çatmış 2,65 milyondan çox vətəndaşı səs verməlidir.

Konstitusiyaya əsasən, ən çox səs toplayan partiya daha sonra prezident tərəfindən təsdiqlənəcək yeni hökumət formalaşdıracaq.

Seçki məntəqələri saat 20:00-a qədər işləyəcək və ilkin nəticələr səsvermə başa çatdıqdan bir neçə saat sonra dərc ediləcək.

Mənbə: az.trend.az