Misirli aparıcının Türkiyə ilə bağlı sözləri gündəm oldu

Misirli aparıcının Türkiyə ilə bağlı sözləri gündəm oldu

Misirin “Mekameleen” telekanalının aparıcısının Türkiyə və Misir ordularının hərbi gücünü qarşılaşdırması ölkədə geniş müzakirələrə yol açıb.

Axar.az xəbər verir ki, aparıcı mövcud vəziyyətə real qiymət verilməsini və Misirin Türkiyə qarşısında şansı olmadığını bildirib.

Digər tərəfdən, türk ordusunu “Xəlifənin və Fatehin ordusu” adlandıran jurnalist Sisiyə (Misir Prezidenti) Türkiyə ilə qarşı-qarşıya gəlməməyi məsləhət görüb.

Aparıcının bu çıxışı Misirdə gündəmə çevrilib.

Qeyd edək ki, Türkiyə Liviyada qanuni hakimiyyətə dəstək verir. Misir Prezidenti isə qiyamçı Haftara dəstək üçün Misir ordusunun Liviyaya müdaxiləsini istisna etməmişdi.

Mənbə: axar.az