Liviyadan Lavrova cavab: Qərarları pozan odur!

Liviyadan Lavrova cavab: Qərarları pozan odur!

Lavrova xatırladırıq ki, Liviya hökuməti Berlin konfransının nəticələrini məmnuniyyətlə qarşıladı, Cenevrədə keçirilən "5+5" formatında Hərbi Komitənin iclaslarına töhfə verdi. Haftar isə qəbul edilmiş qərarları pozdu, yerinə yetirmədi.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına cavab olaraq Liviya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əksini tapıb.

"Liviya hökuməti quruluşundan etibarən problemin həllinin sülh və barışıq yolu ilə olacağına inandı və bu istiqamətdə bir çox toplantıda iştirak etdi", - bəyanatda bildirilib.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov Liviya hökumətinin atəşkəs sazişini imzalamaq istəmədiyini bəyan edib.

Mənbə: axar.az