Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub

Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub

NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan 28 Gürcüstan sülhməramlısı koronavirusa yoluxub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, test zamanı hərbi qulluqçuların COVİD-19 virusuna yoluxması müəyyən edilib və onlar Almaniyaya məxsus xüsusi təyyarə ilə həkimlərin müşayiəti altında Gürcüstana gətiriliblər. Məlumatda qeyd olunub ki, hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir və onlarda xəstəliyin sipmtomları müşahidə edilmir. Virusun mənbəyinin yerli əfqan şəxsi heyəti olduğu bildirilir.

Hərbi qulluqçuların müalicəsinin Gürcüstanda Qori hərbi xəstəxanasında davam etdiriləcəyi bildirilib. Qeyd olunub ki, Əfqanıstanda olan digər gürcü hərbçilər də geri qayıtdıqları zaman iki həftə karantində saxlanılacaqlar.

Mənbə: apa.az