Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

“Çin Xalq Respublikasının ekspert qrupunun yaxın həftələr ərzində Azərbaycana gəlməsi gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib.

Bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var: “Düşünürük ki, onların da öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Bundan başqa, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər - niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəsisləri öz sözlərini deyib. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq”.

Mənbə: qafqazinfo.az