ÜST rəhbəri: “Dünyada koronavirusla bağlı vəziyyət getdikcə pisləşir”

ÜST rəhbəri: “Dünyada koronavirusla bağlı vəziyyət getdikcə pisləşir”

Dünyada koronavirusla bağlı vəziyyət getdikcə pisləşir və bir çox ölkələr hələ də situasiyanı nəzarət altına ala bilməyiblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Guardian” nəşri Ümumdünya Səhiyyə Təşkilatına üzvü olan ölkələrin məlumat panelində qurumun rəhbəri Tedros Gebreesus deyib.

Onun sözlərinə görə, son altı həftə ərzində dünyada ümumi yoluxmaların sayı iki dəfə artıb.

ÜST başçısı qeyd edib ki, koronavirus infeksiyası dünyanın ən zəngin ölkələrində səhiyyə sistemlərini məhv edib və uğurlu tədbirlər görən ölkələrin sərəncamında böyük vəsait yoxdur.

Johns Hopkins Universitetinin məlumatına görə, 10 iyul tarixinə dünyada 12.268.518 koronavirus infeksiyası qeydə alınıb, onlardan 554.924 nəfər ölüb.

Mənbə: konkret.az