Amerikalı mütəxəssisdən qorxunc açıqlama: “Dünya hələ koronavirusun başlanğıcındadır”

Amerikalı mütəxəssisdən qorxunc açıqlama: “Dünya hələ koronavirusun başlanğıcındadır”

“Biz qlobal bir pandemiyanın başlanğıcındayıq. Çox böyük ehtimalla vəziyyət daha da pisləşəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri amerikalı yoluxucu xəstəliklər üzrə mütəxəssis Entoni Fauçi “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

O vurğulayıb ki, bütün ölkələr dərhal koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməlidir: “Yalnız bu zaman vəziyyət sabitləşə bilər”.

Entoni əlavə edib ki, ABŞ hazırda epidemiyaya nəzarət etmir.

Mütəxəssis deyib ki, hazırda virusun geniş yayılması Braziliya, Cənubi Afrika və Asiyada baş verir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az