Kim Çen Inın bacısı ABŞ-la yeni zirvə görüşündən danışdı: “Faydasızdır”

Kim Çen Inın bacısı ABŞ-la yeni zirvə görüşündən danışdı: “Faydasızdır”

KXDR rəhbərinin kiçik bacısı, Koreyanın İşçi Partiyası Mərkəzi Komitəsi şöbə müdirinin birinci müavini Kim Yo Çjon ABŞ liderləri ilə KXDR görüşünün yalnız Amerika tərəfi üçün lazımlı və faydalı olduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, bunu iyulun 10-da Koreyanın Mərkəzi Teleqraf Agentliyi açıqlayıb.

“Aydındır ki, ABŞ-KXDR sammiti Amerika tərəfinə lazımdır. Pxenyan üçün bunu tamamilə faydasız hesab etməliyik”. Kim Yo Çjon belə deyib.

O, sammitin yalnız ABŞ-ın öz mövqeyini qətiyyətlə dəyişdirməsindən sonra zəruri olacağını ifadə edib.

Eyni zamanda Kim Yo Çjon ABŞ-KXDR sammitinin bu il baş tutmayacağını ehtimal etsə də, bu ehtimalı tamamilə istisna etməyib.

Xatırladaq ki, iyun ayında Şimali Koreyanın xarici işlər naziri Li Son Qvon ABŞ və Şimali Koreya arasındakı əlaqələrin “ümidsizlik nöqtəsinə” çatdığını deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az