Zelenski evini satıb dövlət iqamətgahına köçdü

Zelenski evini satıb dövlət iqamətgahına köçdü

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev vilayətinin İvankoviçi kəndindəki evini sataraq dövlət iqamətgahına köçüb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə dövlət başçısının ofisinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Məlumata əsasən, Vladimir Zelenski evin yerləşdiyi ərazini də satıb.

O, əmlakı müqabilində 13,5 milyon qrivni (təxminən 860 min manat) alıb.

 

Mənbə: big.az