NATO-nun əməliyyatına qoşulan gürcü hərbçilər virusa yoluxdu

NATO-nun əməliyyatına qoşulan gürcü hərbçilər virusa yoluxdu

NATO-nun Əfqanıstandakı "Həlledici dəstək" əməliyyatında iştirak edən 28 gürcü hərbçisində koronavirus aşkarlanıb. Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər artıq Gürcüstana yola salınıb. Onların sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu, infeksiya mənbəyinin Əfqanıstandakı yerli personalla əlaqəli olduğu qeyd olunub.

Koronavirusa yoluxan hərbi qulluqçular Qori xəstəxanasında müalicə alacaqlar.

Mənbə: azvision.az