Pentaqon: "Özbəkistandakı bazada ABŞ əsgərləri zəhərlənib"

Pentaqon: "Özbəkistandakı bazada ABŞ əsgərləri zəhərlənib"

Pentaqonun açıqlanan sənədlərinə görə, Amerika əsgərləri 2001-2005-ci illər arasında Özbəkistanın Xanabad aerodromunda xidmət edərkən təhlükəli zəhərlərə üz-üzə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə sənədləri təqdim edən ABŞ Konqresinin aşağı palatasının nəzarət və dövlət islahatları alt komitəsinin rəhbəri, demokrat Stiven Linç və Respublikaçı konqresmen Mark Qrin bildirib.

Zəhərlərin mümkün təsirləri barədə məlumatlar ABŞ Müdafiə Nazirliyi tərəfindən 2020-ci ilin mart ayında verilib. ABŞ deputatları Özbəkistandakı ABŞ hərbçilərini etmək üçün bu məlumatların açıqlanmasını tələb ediblər. Məlumatı TASS agentliyi yayıb.

Özbəkistanın Karşı şəhəri yaxınlığındakı aviabazadan Əfqanıstanda terrorçulara qarşı hərbi əməliyyatları dəstəkləmək üçün istifadə edilib. Hava bazasındakı torpaqların “insan sağlamlığına mənfi təsir göstərən” aviasiya yanacağı ilə doyduğu müəyyən edilib. Həmçinin ABŞ əsgərləri radiasiyaya məruz qalıblar.

Konqresdə aparılan bir araşdırma zamanı ABŞ Hərbi Hava Qüvvələrinin bir zabiti deyib: “Zəhərli maddələrin təsiri ilə bağlı heç bir brifinq və hərbi personal üçün qoruyucu vasitələrdən istifadə ilə bağlı tövsiyələr verilməyib”.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az