Misirdən Liviya yaxınlığında gövdə nümayişi

Misirdən Liviya yaxınlığında gövdə nümayişi

Misir ordusu Liviya sərhədi yaxınlığında hərbi təlimlər keçirib.

Cebhe.info xəbər verir ki, Misir ordusunun sözçüsü polkovnik Tamer Rifai təlimin silahlı qüvvələr bölmələri üçün döyüş hazırlığı planı çərçivəsində olduğunu bildirib.

O, bir neçə gün davam edən təlimin əsas hissəsinin ordunun xüsusi hissələri və Qərb Hərbi Dairə bölmələri tərəfindən həyata keçirildiyini deyib.

Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi 20 iyun açıqlamasında Cufra və Sirtənin “qırmızı xətt” olduğunu bildirərək Liviyaya hərbi müdaxilə siqnalı vermişdi. Cavab olaraq Liviya Milli Barışıq Hökuməti (UMH), Sisinin ölkəyə hərbi müdaxilə təhdidini qınayaraq, bunun beynəlxalq qanunlara zidd olduğunu bildirmişdi.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info