Qazaxıstanda xarici vətəndaşlara torpaq almaq qadağan ediləcək - Tokayev

Qazaxıstanda xarici vətəndaşlara torpaq almaq qadağan ediləcək - Tokayev

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xarici vətəndaşların ölkədə torpaq almasına qadağa qoyulacağını açıqlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, o, hökumətin genişləndirilmiş iclasında çıxış edib.

“2021-ci ildə Torpaq Məcəlləsinin müəyyən normalarına moratorium başa çatacaq … Əsas problemlər müəyyənləşdirilib. Torpaq xaricilərə satılmır. Bu məsələyə qayıtmayacağıq” deyib.

Prezident torpaq sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, 12,8 milyon hektar inkişaf etməmiş torpaqlar inventarlaşdırıldıqdan sonra 7 milyon hektar dövlətə qaytarılıb.

Tokayev ekologiyanın əhəmiyyətini də qeyd edərək deyib ki, ölkədə hər il beş milyon ton məişət tullantıları toplanır, halbuki onların təkrar istifadəsi yalnız 15% təşkil edir.

Dövlət başçısının sözlərinə görə, bu kifayət deyil.

Mənbə: konkret.az