Tokionun qubernatoru paytaxt sakinlərini koronavirusa qarşı sayıqlığı artırmağa çağırıb

Tokionun qubernatoru paytaxt sakinlərini koronavirusa qarşı sayıqlığı artırmağa çağırıb

 

 

Tokionun qubernatoru Koike Yuriko iyulun 9-da Yaponiya paytaxtında koronovirus infeksiyasının kəskin artımı ilə bağlı sakinləri sayıqlığı artırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt qubernatoru həmin gün rekord sayta – 224 yoluxma halı qeydə alındıqdan sonra bildirib.

Tokio hökumətinin koronavirus üzrə işçi qrupunun iclasında çıxış edən K.Yuriko deyib ki, yeni yoluxanların 75 faizinin 20-30 yaşlarında gənclər olması xüsusilə narahatedicidir.

Qubernator, həmçinin qeyd edib ki, yeni yoluxma hallarının əksəriyyəti Tokionun gecə əyləncə mərkəzləri ilə bağlıdır.

Rekord sayda yoluxma halının qeydə alınmasının aparılan testlərin sayının artması ilə əlaqədar ola biləcəyini deyən K.Yuriko əlaqədar qurumları sayıqlığı və monitorinqlərin sayını artırmağa çağırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az