ABŞ Yaponiyaya 23 milyard dollara F-35 qırıcıları satır

ABŞ Yaponiyaya 23 milyard dollara F-35 qırıcıları satır

ABŞ-ın Xarici İşlər Nazirliyi Yaponiyaya yeni nəsil qırıcı təyyarələr satılması ilə bağlı qərarın təsdiqləndiyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Yaponiyada 105 ədəd F-35 qırıcı təyyarəsi satacağını açıqlayıb.

Ümumi dəyəri 23,11 milyar dəyərində olan qırıcıların 63-ü üfüqi şəkildə enə və qalxa bilən F-35A, 42 ədədi isə qısa məsafədə qalxa və şaquli şəkildə eniş etmək qabiliyyətinə malik olan F-35B-dir.

Verilən məlumatlarda bu satışın ABŞ-ın son 10 ildə həyata keçirdiyi ən böyük satışlardan biri olacağı bildirilib.

Qeyd edək ki, sonuncu dəfə ABŞ Səudiyyə Ərəbistanına 29 milyard dollar dəyərində hərbi texnikalar satmışdı.

Mənbə: www.yeniavaz.com