28 gürcü hərbçisi Əfqanıstanda koronaya yoluxdu

28 gürcü hərbçisi Əfqanıstanda koronaya yoluxdu

Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” əməliyyatında iştirak edən 28 gürcü hərbçisində koronavirus aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Aparılan testlərdən sonra NATO-nun “Qətiyyətli Dəstək” əməliyyatında iştirak edən 28 gürcü hərbçisində koronavirus aşkarlanıb. Onlar Almaniya hərbi təyyarəsilə xüsusi reyslə Gürcüstana gətiriliblər”, - məlumatda qeyd olunub.

Hərbçilərin səhhətinin qənaətbəxş olduğu vurğulanıb.

Mənbə: axar.az