“Azərbaycanın reallıqlarını təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsinə çevrilib”

“Azərbaycanın reallıqlarını təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsinə çevrilib”

“Azərbaycanın reallıqlarını təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsinə çevrilib”.

Axeber.az-ın məlumatına görə, bunu politolq Yusif Bağırzadə Prezident İlham Əliyevin “Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də antimilli şura” fikirlərini şərh edrkən deyib.

O bildirib ki, Bu gün Milli Şura adlanan qurumun nə millət, nə də dövlət maraqlarından çıxış etmədiyi hər kəsə gün kimi aydındır. Bu qurumun məqsəd və fəaliyyətinə ötəri nəzər salmaq kifayət edir ki, onların hansı maraqlara xidmət etdiyi haqda təsəvvürə malik olasan: "2013-cü ilin prezident seçkiləri ərəfəsində cərəyan edən siyasi proses və qruplaşmalar, açıq şəkildə özünü büruzə verən xarici maraqlar milli şuranın yaranmasında əsas rol oynayan amillər olub. Milli Şuranın bir sıra maraqlı xarici qüvvələrin layihəsi kimi meydana gəldiyini hər kəs bilir. Məhz bu cür antimilli siyasətin nəticəsidir ki, Azərbaycanın bu və ya digər sahədəki uğurlarına qara yaxmaq, problemlərə isə sevinmək yolu tutublar. Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsinə çevrilib desək yəqin ki səhv etmərik. Bir müddət əvvəl həmiq qurumun videokonfrans şəklində keçirilən toplantısında neftin qiymətinin 14 dollara düşməsi xəbərinə necə sevindiklərini, bir-birlərini təbrik etmələrini hər birimiz gördük. Bu mənzərəni görən hər bir insan kimin kim olduğuna bir daha əmin olmuş olur.

Olitoloq qeyd edib ki, neftin qiymətinin düşməsi ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək ki, onlar bunu dərk etmirlər: "Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, bu istər-istəməz investisiya xərclərinin azalmasına gətirib çıxaracaq ki, nəticədə də əziyət çəkən insanlarımız olacaq. Buna isə ancaq düşmən sevinə bilər. Sabah başqa bir video ortaya çıxsa və o videoda bunların karonavirusun yaratdığı problemlərə sevindiyi ortaya çıxsa heç də təəcüblənmərəm. Bu baxımdan da cənab prezident neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də antimilli şura dedikdə həmin qurumdakılara layiq olduqları müqayisəni sərgiləmiş olub. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır”.

Mənbə: axeber.az