İtaliyadan 13 ölkəyə qadağa

İtaliyadan 13 ölkəyə qadağa

Koronavirusun ən çox can aldığı ölkələrdən biri olan İtaliya hökuməti riskli olduğunu bildirərək 13 ölkədən İtaliyaya girişi qadağan edib.

 

Primetime.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat verib. Qadağan olunan ölkələr isə Bəhreyn, Banqladeş, Bosniya-Hersoqoviniya, Çili, Küveyt, Moldova, Oman, Panama, Peru, Dominikan Respublikası və Ermənistan olub. Qərara görə, son 14 gün ərzində bu ölkələrdə olan şəxslər də İtaliyaya buraxılmayacaq.

 

Rəsmilər görülən tədbirin "İtaliyada fədakarlıqların boşa getməməsi" üçün olduğunu ifadə edib.

 

Mənbə: primetime.az