Radikal qruplaşmaların nəzarətindəki İdlib əyalətində koronavirusa yoluxma aşkarlanıb

Radikal qruplaşmaların nəzarətindəki İdlib əyalətində koronavirusa yoluxma aşkarlanıb

Suriyada radikal qruplaşmaların nəzarətində qalan İdlib əyalətində koronavirusa ilk yoluxma halı qeydə alınıb...

Suriyada radikal qruplaşmaların nəzarətində qalan İdlib əyalətində koronavirusa ilk yoluxma halı qeydə alınıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından açıqlama verilib.

 

Bildirilib ki, İdlibin Türkiyə ilə sərhədinə yaxın bir qəsəbədə yerləşən xəstəxanada həkimlərin birinin koronavirusa yoluxması təsdiqini tapıb.

 

Həkim sosial təcridin tələblərinə uyğun olaraq lazımi obyektdə yerləşdirilib və onun müalicə etdiyi xəstələr və işlədiyi xəstəxana barədə də araşdırmalar aparılır.

 

ÜST radikal qruplaşmaların nəzarətində qalmış bu bölgədə xüsusilədə buradakı qaçqın düşərgələrində Covid-19 virusunun sürətlə yayılacağı haqda xəbərdarlıq edib.

Mənbə: www.interaztv.com