Erməni deputat: “Paşinyan virusu millətə salır”

Erməni deputat: “Paşinyan virusu millətə salır”

 

“Bütün dünya koronavirusu özündən uzaqlaşdırmağa çalışır, Nikol Paşinyan virusu millətə salır”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan öz “Facebook” səhifəsində yazıb.

“Ayıbdır, Paşinyan, iş gör. Ölkədə kənd təsərrüfatı fəlakəti var. Virusun arxasında uzun müddət gizlənə bilməzsən. İnsanları təmiz hava qəbul etməkdən məhrum etmək məxməri soyqırımdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az