“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”

“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”

Son vaxtlar hüquq-mühafizəorqanı əməkdaşlarının keçirdiyi reydlər nəticəsində karantin qaydalarını pozaraqrayonlara qanunsuz səfər edən şəxslərin arasında müxtəlif dövlət vəzifələrindətəmsil olunan məmurların da mövcud olduğu məlum olub. Araşdırmalar nəticəsindəbəlli olub ki, həmin şəxslər məhz xidməti vəsiqə, habelə çalışdıqlarıqurumların onlara verdiyi səlahiyyətdən sui-istifadə edərək bu addımı atıb.

 

Dövlət orqanlarındaçalışdıqları halda dövlətin qanunlarına əməl etməyən, başqalarına örnəkolmaları ikən törətdikləri qanun pozuntuları ilə gündəmə gələn bu şəxslərindaha ağır şəkildə cəzalandırılması mümkündürmü?

 

Moderator.az-a açıqlamaverən hüquqşünas Əliməmməd Nuriyev bu cür şəxslərin intizam məsuliyyətinə cəlbedilməsinin mümkün olduğunu vurğuladı:

 

“Karantin qaydalarına hərkəs əməl etməlidir. Vəzifəli şəxslər isə buna ikiqat diqqət və dəqiqliklə əməlemtəlidir. Çünki vəzifəli şəxslərin hər hansı davranışı digərləri üçün örnəkdir.Onların hər bir müsbət hərəkəti əhali tərəfindən də dəstəklənir, digərlərini dəbu cür hərəkətlərə təşviq edir. Bu, həm də dövlət orqanlarına, vəzifəli şəxslərəinam və etibarın artmasına səbəb olur. Bu,çox önəmli amildir. Əgər vəzifəli şəxsqeyri-qanuni hərəklət edirsə, bu, digərlərini də bu cür hərəkətə təşviq edir. Beləhərəkətlər ictimai rəydə yanlış anlaşılmalara səbəb ola bilir.

Bu cür halların diqqətləaraşdırılması olduqca vacibdir. Əgər hər hansı vəzifəli şəxs vəzifə səlahiyyətlərindənistifadə edərək karantin qaydasını pozubsa, heç şübəsiz məsuliyyətə cəlb edilməlidir.Əgər kimsə məhz vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, ozaman həmin şəxsin intizam məsuliyyətə cəlb edilməsi baş verə bilər.

 

Təəssüflər olsun ki, bəzivəzifəli şəxslərin öz xidməti vəsiqələrindən gen-bol istifadə etməyə cəhd etməsimüşahidə olunur. Lakin onlar bilməlidirlər ki, heç kəs qanundan yuxarıda deyil.Kimsə toxunulmaz deyil. Hər kəs qanunun altındadır və qanuna tabe olmalıdır. Bubaxımdan DİN əməkdaşlarının bu cür qanunsuzluqlara qarşı aprdığı mübarizəni dəalqışlayır, onalrın qətiyyətini təqdir edirəm”.

 

Seymur ƏLİYEV

 

 

Mənbə: moderator.az