Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

Suriya Ordusu ölkənin şimal-şərqində yerləşən Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb...

Suriya Ordusu ölkənin şimal-şərqində yerləşən Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Həsəka əyalətinin Təll-Təmr rayonunda yerləşən Mənsif kəndi ərazisində ABŞ və Suriya Ordusu qüvvələri qarşılaşıblar.

 

Suriya Ordusu ABŞ hərbi karvanına ərazidəki postdan keçməyə icazə vermədikdən sonra əcnəbi qüvvələr geri qayıtmağa məcbur qalıb.

 

Qeyd edək ki, 2014-cü ildə İŞİD-lə mübarizə adı ilə Suriyada hərbi müdaxiləyə başlayan ABŞ qüvvələri terror təşkilatının məhv edilməsinə baxmayaraq bölgəni tərk etməyib. Fəratın şərqində separatçı kürd bölmələrinin nəzarətindəki ərazilərdə 600-1000 ABŞ hərbçisinin olduğu bildirilir.

Mənbə: www.interaztv.com