Kürdəmirli ailənin həyatı təhlükədə! - İcra başçısı isə…

Kürdəmirli ailənin həyatı təhlükədə! - İcra başçısı isə…


Ailə üzvlərinin həyatı təhlükədə olan onkoloji xəstə Nəsirov Sədulla Xeyrulla oğlunun son ümid yeri 1-ci vitse-prezident Mehriban Əliyevadır.
10 ilə yaxındır evi qəzalı vəziyyətə olan Kürdəmir rayonunun Karrar qəsəbə sakini,ailəsində körpə uşaqlar olan Nəsirov Sədulla Kanal32.az-ın redaksiyasına məktub göndərib və bu müraciətinin ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya çatdırılmasını istəyir.Çünki Kürdəmir Rayon İcra Hakimiyyətində onun nə səsini eşidən var, nə də üzləşdiyi problemə çarə tapan…
Redaksiyamıza daxil olmuş həmin müraciəti olduğu kimi təqdim edirk:
Azərbaycan Respublikasının Birinci vitse-preizdenti hörmətli Mehriban xanım Əliyevaya
Kürdəmir rayonunun Karrar qəsəbə sakini,onkoloji xəstə Nəsirov Sədulla Xeyrulla oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli Mehriban xanım, yazıb Sizə bildirirəm ki, mən uzun illərdir ki, onkoloji xəstəyəm. Təbii fəlakətlər-leysan yağışlar və selbasma səbəbindən 10 ilə yaxındır ki, yaşadığım evə qəzalı vəziyyətdədir. Həmin vaxt qəsəbəmizdə təkcə mənim evim yox, bir neçə ev qəzalı vəziyyətə düşmüşdü. Sonradan müvafiq qurumlar gəlib evlərə baxış keçirdlər və təmir-bərpaya ehtiyacı olan evləri siyahıya aldılar. Ancaq mənim qonşuluğumdakı evlərdə təmir-bərpa aparılsa da, mənim evim kənarda qaldı. O gündən bu günə FHN və Kürdəmir Rayon İcra Hakimiyyətinə etdiyim müraciətlər isə hələ də nəticəsizdir.
Hörmətli Mehriban xanım, diqqətinizə çatdırım ki, evim hər an uçma-dağılma təhlükəsi ilə üz-üzədir. Onu təmir etmək isə ailəmizin imkanları xaricindədir. Maddi imkansızlıqdan ailəli olan iki oğlum da azyaşlı uşaqları ilə birgə mənimlə yaşayır. Bu körpələrin də həyatı təhlükədədir.
Hörmətli Mehriban xanım, ona görə Sizdən xahiş edirəm ki, azyaşlı uşaqların olduğu ailəmizin düşdüyü çətin və acınacaqlı vəziyyəti, mənim onkoloji xəstə olmağımı, evimizin hər an uçma təhlükəsində olduğunu nəzərə alaraq evimin təmir-bərpa olunması və ya yeni evin tikilməsi üçün müvafiq qaydada göstəriş verəsiniz, eyni zamanda bu işi xüsusi nəzarətinizdə saxlayasınız.
Öncədən minnətdarlığımı bildirirəm!
Son ümidlərlə, Nəsirov Sədulla Xeyrulla oğlu
Tarix: 10 iyul 2020-ci il Əlaqə telefonu:077-560-06-62
Ünvan: Kürdəmir rayonu, Karrar qəsəbəsi
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun biganəliyinin qurbanı olan Karrar qəsəbə sakini,onkoloji xəstə Nəsirov Sədulla Xeyrulla oğlunun yaşadığı evin mövcud vəziyyəti bu fotolardan aydın şəkildə görünür.
Görəsən,Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı,kamfortlu həyat tərzi sürən Ceyhun Cəfərov özünün və ailəsinin bir gün belə evdə yaşmasına dözə bilər??? Ən azından adamın vicdanı olar,cənab Cəfərov…! Təbii ki, o vicdan deyilən hissdən sizdə varsa…(?)
Telefon zənglərimizə cavab verilməsə də,redaksiya olaraq bildiririk ki,Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı və Fövqəaladə Hallar Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Kanal32.az




Mənbə: www.dia.az