Azərbaycanın qədim yaşayış məntəqəsinin sakinləri geri qayıdır

Azərbaycanın qədim yaşayış məntəqəsinin sakinləri geri qayıdır

 

Qubanın dağlıq Qonaqkənd qəsəbəsinə vaxtilə buradan başqa yerlərə köçmüş sakinlərin qayıdışı başlayıb.

İstiPress-in şimal bürosuna yerli icra nümayəndəsi Elvin Hüseynovun verdiyi məlumatına görə, əslən qonaqkəndli əhali indi ata-baba yurdlarına qayıtmağa başlayıblar: "Bizdən soruşurlar ki, bizim atadan, babadan qalma dağılmış evlərimizin yerini göstərin, gəlib təzə ev tikib burada yaşayacağıq". Bu da səbəbsiz deyil. Son vaxtilə - 1930 -cu ildə rayon mərkəzi olmuş Qonaqkənddə bir ildə əsaslı təmir-bərpa, yenidənqurma, abadlıq işləri start götürüb.

Birunci dəfə Qonaqkəndə gələn rayon İH başçısı Ziyəddin Əliyev kəndin xarabalığı xatırladan, uçulub-dağılan mədəniyyət evini, uyğunsuz yerdə yerləşən Heydər Əliyevin abidəsini görəndə çox təəccüblənib və narahat olub. Rayon rəhbəri tezliklə burada yeni mədəniyyət evi tikiləcəyi barədə sakinlərə vəd verib. Qısası, indi tarixi Qonaqkənddə 81 yerlik yeni mədəniyyət evinin binası açılışa tam hazırdır. Pandemiya imkan versə, yeni mədəniyyət evi qonaqkəndlilərin istifadəsinə veriləcək, açılışı olacaq. Mədəniyyət evi köhnə binanın nəzdində yenidən inşa olunub.

Azərbaycan xalqının xilaskarı olmuş Heydər Əliyevin abidəsi isə daha münasib yerdə qoyulub, ərazi genişlənərək burada möhtəşəm park da salınıb. Qonaqkənddə aparılan sürətli yenidənqurma işlərilə tanış olmaq üçün hər həftə bura baş çəkən Quba ih başçısı Ziyəddin Əliyev növbəti dəfə rayona yeni təyin olunan prokuror Namiq Muradovla qəsəbəyə gəlib, görülən işlərlə maraqlanıb və tarixi Qonaqkəndin simasının daha da dəyişdiyini deyib.

Rayon rəhbəri Qonaqkənddən sonra Zərdabi qəsəbəsində olub. Ziyəddin Əliyev burada rayonun polis və prokurorluq rəsmilərilə birgə Azərbaycan Milli Mətbuatının banisi Həsənbəy Zərdabinin büstünün qoyulduğu və adını daşıyacaq parkda aparılan son tamamlama işlərilə maraqlanıb. Zərdabinin büstünün Azərbaycan Milli Mətbuatının 145-ci ildönümü günündə-iyulun 22-də açılışı olacaq.

Mənbə: istipress.com