Kreml Jirinovskinin neo-Stalinizm ittihamına cavab verdi

Kreml Jirinovskinin neo-Stalinizm ittihamına cavab verdi

Peskov: “Bu müqayisə səhvdir”...

 

Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanınm Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskinin Rusiyada neo-Stalinizmin bərqərar olması ilə bağlı iddialarına cavab verib. AYNA rus mediasına istinadən bildirir ki, Peskov Prezident Vladimir Putinin rəhbərliyini Stalin dövrü ilə müqayisə etməyin səhv olduğunu qeyd edib. Putinin sözçüsü, liberal demokratların liderinin dediklərini ciddi ittiham adlandırıb

Qeyd edək ki, Jirinovski Xabarovsk vilayətinin qubernatoru Sergey Furqalın həbs edilmə prosedurunun hiddət doğurduğunu deyib. O, bildirib ki, Stalin necə həbs edirdisə, indiki Rusiya hakimiyyəti də o üsuldan istifadə edir.

Xatırladaq ki, Xabarovskın rəhbəri iyulun 9-na keçən gecə tutulub. O, qətl cəhdində və iki iş adamının cinayətlərini sifariş etməkdə şübhəli bilinir. Cinayətlər 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində törədilib. Furqal ittihamları rədd edib. (ayna.az)

pia.az

Mənbə: pia.az