Qarabağ münaqişəsi ətrafında yeni gərginlik yetişir? - EKSPERTLƏR

Qarabağ münaqişəsi ətrafında yeni gərginlik yetişir? - EKSPERTLƏR

 

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın münaqişəsinin hərbi həllinin ola biləcəyinə işarə edərək ATƏT-in Minsk qrupunu tənqid edib. Rus hərbi analitik Pavel Felqenqauer bildirib ki, hərbi əməliyyatlar ola bilər, məhz bu səbəblə ATƏT-in Minsk qrupunun həmsədrləri nəsə etməyə çalışırlar, lakin əsaslı bir prosesin olmaması göz qabağındadır.


“Ermənistan Dağlıq Qarabağı (qondarma qurum-red.) danışıqlar masasına daxil etmək istəyir, bu, Azərbaycan tərəfindən qəbul olunmayacaq və çıxılmaz vəziyyət yaranır”, - deyə Felqenqauer bildirib.

Rus politoloq Aleksandr Skakovun sözlərinə görə isə hazırkı vəziyyətin Azərbaycan Prezidentini qane etmədiyi aydındır, o, son dövrlər sərt bəyanatlar verir və verməyə davam edəcək.


“Müharibə ehtimalı var, lakin konkret olaraq bu anda, bu mərhələdə yox, düşünürəm ki, bəyanatlar səviyyəsində təzyiq göstərməyə gedəcək, qızğın hərbi əməliyyatlar üçün ən yaxşı an deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az